RU

Ramazan ayı münasibətilə ATİAHİ-nin ittifaq üzvləri üçün iftar süfrələri təşkil olunub - FOTO

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) şəhər, rayon və rayon hüquqlu komitələrinin təşkilatçılığı ilə Ramazan ayında ittifaq üzvləri üçün iftar süfrələri təşkil edilib.

“İki sahil” xəbər verir ki,  müqəddəs Ramazan ayı münasibətilə keçirilən bu xeyirxah tədbirlərdə 3000-dən çox ittifaq üzvü iştirak edib. İftar süfrələri zamanı ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad olunub, Qurani-Kərimdən ayələr oxunaraq dualar edilib.

Allah bu mübarək ayda edilən ibadətləri və tutulan orucları qəbul etsin!

Избранный
15
1
ikisahil.az

2Источники