RU

Kanadanın yeni baş naziri Zelenskini G7 sammitinə dəvət edib

Kanadanın baş naziri Mark Karni Ukrayna prezidenti Vladimir Zelenskini G7 sammitinə dəvət edib.

SİA-nın məlumatına görə, sammit 2025-ci ilin iyununda Kanadanın Alberta əyalətində baş tutacaq.

Bu barədə “The Times” yazır.

Karni bildirib ki, o, G7 sammitinə dəvəti bir gün əvvəl telefon danışığı zamanı Zelenskiyə çatdırıb.

...Prezident Zelenski iyun ayında Albertada keçiriləcək G7 toplantısına dəvət olunub, - Kanada hökumətinin sözçüsü deyib.

Bu il G7-yə sədrlik edən Kanada 15-17 iyun tarixlərində Kanadanın qərbindəki Alberta əyalətinin Kananaskis şəhərində sammitə ev sahibliyi edəcək.

Əli Babayev

Избранный
19
3
sia.az

9Источники