Şimali Makedoniyanın Kopani şəhərində məşhur hip-hop dueti “DNK”nın çıxışı zamanı yanğın baş verib. Hadisə nəticədə 59 nəfərin öldüyü təsdiqlənib, 155 nəfər isə yanğın yerindən təxliyə zamanı yanıqlar və əzilmələr nəticəsində xəsarət alıb.
Sfera.az bildirir ki, ilkin ehtimala görə, yanğına pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində dam örtüyünün yanması səbəb olub. Hökumət həlak olanlar üçün 7 günlük matəm elan etməyi planlaşdırır.
Jurnalistlər konsertin keçirildiyi və 1500-ə yaxın insanın iştirak etdiyi “Pulse” klubunda yanğının yerli vaxtla saat 02:30 radələrində baş verdiyini yazır. Yayılan görüntülərdə səhnədən qığılcımların zalın damına çatması və yanğın başlayandan sonra genişlənməyə başladığı üçün yanğının pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində baş verdiyi görünür.
Yerli Daxili İşlər Nazirliyinin rəisi Pançe Toşkovskinin sözlərinə görə, hazırda 59 nəfərin ölümü müəyyən edilib, həmçinin yanğın nəticəsində 155 nəfərin xəsarət aldığı barədə məlumatlar var. Nazir onu da bildirib ki, polis “Pulse” klubunun sahibini saxlayıb, lakin hansı ona qarşı hansı ittihamların irəli sürüldüyü hələ ki, məlum deyil.
Şimali Makedoniyanın baş naziri Kristian Mickovski daha sonra hadisəni ölkə üçün ağır və çox kədərli gün adlandırıb, həlak olanların əksəriyyətinin gənc olduğunu vurğulayıb. Hökumət başçısı onu da əlavə edib ki, ilkin məlumata görə, yanğın yanar materialdan hazırlanmış tavana pirotexniki vasitələrdən çıxan qığılcımların düşməsi nəticəsində baş verib.
Şimali Makedoniya mətbuatı, hazırda 39 nəfərin xəstəxanaya yerləşdirilub. Onlar 2-ci dərəcəli yanıqlar və müxtəlif xəsarətlər alıblar səkkizinin vəziyyəti hazırda ağırdır, həkimlər həyatları üçün mübarizə aparırlar.
Şimali Makedoniya hakimiyyəti yeddi günlük milli matəm elan etmək niyyətindədir. Hökumət həmçinin insanların böyük toplaşdığı bütün gecə klubları və restoranlarda təcili olaraq təcili yoxlamaların aparılmasını əmr edib.
Xanım