"Barselona"nın hücumçusu Robert Levandovski məhsuldar oyunu ilə diqqət çəkir.
QOL.az xəbər verir ki, polşalı forvard son 4 mövsümdə “Barselona”nın heyətində 35 qol vuran ilk futbolçu olub.
36 yaşlı futbolçu La Liqanın 28-ci turunda “Atletiko” ilə matçda (4:2) mövsümdə 35-ci qolunu vurub..
Buna sonuncu dəfə komandanın keçmiş hücumçusu Lionel Messi nail olub. O, 2020/2021 mövsümündə meydana çıxdığı 47 oyunda 38 qola imza atıb.
Qeyd edək ki, Levandovski bu mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə 40 oyunda meydana çıxıb.