RU

Masallıda abadlıq-quruculuq işləri, təmizlik, xeyriyyə aksiyaları və bir çox lahiyələr mütəmadi olaraq həyata keçirilir » AzadMedia.az


Masallıda 17 mart 2025-ci il tarixədək görülmüş işlər barədə məlumatlar

Belə ki, Yeyənkənd ərazisində Yeyənkənd kənd ərazi nümayəndəliyinin təşəbbüsü və Masallı Elektrik şəbəkəsi tərəfindən 4 qəzalı elektrik dirəyi yenisi ilə əvəz olunmuş, xeyriyyəçilərin maddi dəstəyi ilə ərazisinin Abasbəyli kəndində 100 metrə yaxın içməli su quyusu qazılmış, Abasbəyli kəndində uzunluğu 250 metr olan küçədə gecə işıqlandırılması işləri aparılmış və Novruz bayramı ilə əlaqədar 22 aztəminatlı ailəyə ərzaq yardımı olunmuşdur.
Qəriblər kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə mərasim evinin həyətinə 1 yük maşını çınqıl tökülərək hamarlanmış, ərazidə uzunluğu 12 metr eni 60 sm olan əsas aparıcı su kanalı təmizlənmiş, kanal beton su drenajı ilə əvəzlənərək üstü torpaqlanmış, 110 aztəminatlı ailəyə ərzaq yardımı olunmuşdur.
Musakücə kənd ərazi nümayəndəliyi və bələdiyyəsi tərəfindən məscid yoluna bir yük maşını çınqıl tökülərək hamarlanmış, kənd sakinlərinin maddi dəstəyil ilə 5 şaqman çınqıl kənd daxili yola tökülərək hamarlanmış və ərazidə ümumilikdə 55 ədəd məişət tullantıları qutusu kənddaxili küçələrə qoyulmuşdur.
Hişkədərə ərazisində parkinson xəstəsi olan vətəndaşa xeyriyyəçilər tərəfindən əməliyyat olunmasından ötrü 2735 manat yardım olunmuş, 2010 manat vəsait də kənd sakinlərindən yığılaraq ailəyə təhvil verilmişdir.
Şərəfə kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə dayanacaqların sıradan çıxan hissələri təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirilmiş Şərəfə kənd tam orta məktəbinin 2005-2006-cı il məzunlarının maddi dəstəyi ilə 3 km-ə yaxın mərkəzi küçə işıqlandırılmışdır.
Ərkivan qəsəbə ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin maddi dəstəyi ilə Bağlaküçə məhəlləsində 750 metr yola çınqıl tökülərək hamarlanmış, məhəllənin qəbiristanlığının ətrafında olan dəmir və daş hasarlar rənglənmiş, 216 aztəminatlı ailənin hər birinə dəyəri 55 AZN olan ərzaq yardımı paylanılmışdır.
Boradigah qəsəbə ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin maddi dəstəyi ilə Ramazan günləri ilə əlaqədar 300 aztəminatlı ailəyə ərzaq yardımı paylanılmış, Boradigah qəsəbə bazarının yoluna Boradigah bələdiyyəsi tərəfindən 2 yük maşını çınqıl tökülərək hamarlanmışdır.
Təzəkənd kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə ümumilikdə 850 metr kənddaxili yol qreyderlənmişdir.
Güllütəpə ərazisində 30 ədəd Eldar şamı əkilmiş, Yeni Zuvand kənd tam orta məktəbi üçün Masalllı rayon Elektrik Şəbəkəsi tərəfindən yeni transformator qoyulmuşdur.
Banbaşı kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə 14 aztəminatlı ailənin hər birinə dəyəri 70 manat olan ərzaq yardımı olunmuşdur.
Öncəqəla-Hüseynhacılı yoluna 1,5 km məsafədə qreyder verilmişdir.
Qızılavar kənd ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin maddi dəstəyi ilə kənd sakininə maddi və ərzaq yardımı edilmişdir.
Şıxlar kənd ərazi nümayəndəliyinin təşəbbüsü, Yedioymaq bələdiyyəsi və xeyriyyəçilərin maddi dəstəyi ilə ümumi uzunluğu 450 mert olan kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Miyankü kənd ərazi nümayəndəliyinin təşəbbüsü və Nəzəroba kənd sakinlərinin maliyyə dəstəyilə Nəzəroba kəndinə gedən 150 metrlik yola çınqıl tökülərək hamarlanmışdır.
Избранный
11
1
azadmedia.az

2Источники