RU

Şəkidə məktəblini vəhşicəsinə döydülər

Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticələnib. Şəhər məktəblərindən birinin 11-ci sinif şagirdini 4 nəfər sinif yoldaşı dağa apararaq vəhşicəsinə döyüb.


News365.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.az-ın sorğusuna cavab verilib.


Bildirilib ki, Şəki şəhərində məktəblinin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı martın 9-da ailə üzvlərinin müraciəti əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb:


"Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.


Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material üzrə qərar qəbul olunacaq".

Избранный
38
21
news365.az

10Источники