Salyan rayonunda 1994-cü il təvəllüdlü İntiqam yetkinlik yaşına çatmayan Şahnaza (adlar şərti verilib - red.) təcavüz edib.
hakimiyyet.az Teleqraf-a istinadla xəbər verir ki, İntiqam 5 mart 2024-cü ildə saat 17 radələrində aralarında on beş yaş fərqi olduğunu bilə-bilə, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Şahnazı öz razılığı ilə yaşadığı mənzilə aparıb. Orada Şahnazla qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şahnazla əmisi oğlu Həsənin vasitəsilə tanış olub: "Həsən Şahnazla tanış idi. Sonradan "WhatsApp" qrupu yaratdı, həmin qrupa mən, Şahnaz və tanımadığım başqa bir qız qoşuldu. Şahnazın yazdığı mesaj, etdiyi zənglərdən sonra onunla telefonla tanış oldum. Telefon vasitəsilə mütəmadi yazışaraq əlaqə saxladıq. Şahnaz mənə öz şəkillərini göndərsə də, görüntülü danışmadıq".
İntiqam qeyd edib ki, növbəti dəfə yazışarkən Şahnaz onu yaxından tanımaq istədiyini, oturaraq çay içməyi təklif edib: "Martın 5-də qardaşının ad günü olacağını, həmin gün evdəkilərin başının qarışacağını, bundan istifadə edərək evdən çıxmağa imkanın ola biləcəyini dedi. Mən də ona görüşmək istədiyimi dedim. Martın 5-də saat 15 radələrində məni Neftçala rayonunun kəndindəki körpünün yanında gözləyəcəyini bildirdi.
Bu səbəbdən taksi çağıraraq sürücüyə məni Neftçala rayonuna aparıb-gətirməsini xahiş etdim. Taksi ilə Neftçala rayonunun kəndindəki körpünün yanına gəldim. Orada məni gözləyən Şahnazı maşına götürdük və geriyə, Salyan şəhərinə qayıtdıq.
Salyanda Şahnazla birlikdə çay içdik. Geri dönərkən Şahnaz avtomobildən yerə düşməmiş kənd sakinləri avtomobilə hücum çəkərək məni döyməyə başladılar".
İntiqam bildirib ki, Şahnazla öz razılığı əsasında yaxınlıq edib: "Ondan yaşını soruşduqda 18 yaşı olduğunu dedi. Şahnazın real yaşını Neftçala Rayon Polis Şöbəsində bilmişəm.
Mən özümü Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə günahkar bilirəm. Mənim bağışlanmağımı, yaşlı, xəstə anama və atama görə mənə köməklik göstərilməsini xahiş edirəm".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahnazın sözlərinə görə, valideynləri ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır, 9-cu sinifdə oxuyur: "2024-cü ilin fevral ayının ortalarında telefonundakı "İnstagram" sosial şəbəkə vasitəsilə sonradan adını bildiyim İntiqamla tanış oldum. İntiqam mənə Salyan şəhərində yaşadığını, subay olduğunu bildirdi və məndən mobil telefonumun nömrəsini istədi. Mən də mobil nömrəmi İntiqama verdim.
Zərərçəkmiş qeyd edib ki, martın 5-də növbəti dəfə telefonda danışarkən İntiqam ona görüşməyi təklif edib: "İntiqama həmin gün qardaşım Elvinin ad günü olduğunu, buna görə onunla görüşə biləcəyimi dedim.
İntiqam Neftçala rayonuna gəldi və mənə zəng edərək kəndimizdəki "Şəhidlər abidəsi"nin yanında məni gözlədiyini dedi. Mən də anama mağazaya gedəcəyimi deyib, saat 16 radələrində həmin bəhanə ilə evdən çıxdım və İntiqamın məni gözlədiyi yerə gəldim. Onun gəldiyi taksi maşını ilə Salyan şəhərindəki yaşadığı evə gəldik. Sürücü saat 17 radələrində bizi orada düşürəndən sonra getdi. Biz isə İntiqamın yaşadığı evə keçdik".
Zərərçəkmiş şəxs deyib ki, İntiqamı onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu üçün günahkar saysa da, onu bağışlayır: "Hazırda İntiqamla heç bir əlaqəm yoxdur. O mənə öz yaşını 24-25 olaraq demişdi. İntiqamgilin evində olanları, mənə qarşı etdiyi hərəkətləri demək istəmirəm".
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.