RU

Niyə yay vaxtından imtina edirik?

Dünyanın bir çox ölkəsində yay vaxtının tətbiqinin faydaları və zərərləri müzakirə olunmağa davam edir. Son araşdırmalar göstərir ki, bu sistemdən imtina edən ölkələrin sayı artmaqdadır.

Turkustan.az-ın məlumatına görə, son on ildə Türkiyə, Azərbaycan, Suriya, Rusiya və İran kimi ölkələr müxtəlif səbəblərə görə yay vaxtı tətbiqindən imtina edib.

Ancaq bir çox ölkə, xüsusilə ABŞ, Avropa İttifaqı, Kanada və Avstraliya bu sistemi davam etdirir.

Aparılan tədqiqatlar göstərir ki, yay vaxtı dəyişiklikləri insan sağlamlığına mənfi təsir edə bilər. Nyu Meksika Dövlət Universitetindən ictimai sağlamlıq mütəxəssisi Cagdiş Xubçandani bildirir ki, saat dəyişiklikləri yuxu problemlərinə, ürək-damar xəstəliklərinə və psixi sağlamlıq pozuntularına səbəb ola bilər. Bundan əlavə, insanların stress səviyyəsi və metabolik problemləri artır.

Saat dəyişikliklərinin təhlükəsizlik baxımından da riskli olduğu müəyyən edilib. 2018-ci ildə İspaniya alimləri tərəfindən aparılan araşdırmalara görə, saatların irəli alındığı gün yol qəzalarının sayı 30% artır, geri çəkildiyi gün isə bu göstərici 16% olur. ABŞ-da isə saatlar dəyişdirildikdən sonra ilk bazar ertəsi günü iş yerlərində qəzaların 6% artdığı qeydə alınıb.

Enerji qənaəti baxımından da yay saatı tətbiqi gözlənilən nəticələri vermir. ABŞ-da aparılan araşdırmalardan birində enerji istehlakının cəmi 0,5% azaldığı göstərilsə də, başqa bir tədqiqat bu sistemin enerji sərfiyyatını 4% artırdığını ortaya qoyub.

Avropa İttifaqı 2018-ci ildə yay saatı tətbiqinin ləğvini təklif etsə də, bu qərar hələ də qüvvəyə minməyib. ABŞ-da isə 2023-cü ildə senator Marko Rubio yay saatının daimi olmasını təklif etsə də, mütəxəssislər bunun səhiyyə və sosial həyat üçün risklər yarada biləcəyini bildirirlər.

Bütün bu faktorlar nəzərə alınaraq, getdikcə daha çox ölkə yay saatı tətbiqindən imtina edir. Ancaq bu məsələnin qlobal səviyyədə tam həll olunması üçün hələ uzun müzakirələr tələb olunur. /modern.az/

Избранный
30
1
turkustan.az

2Источники