1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Kolumbiya Silahlı Qüvvələri polislə birgə ölkə Prezidenti Qustavo Petroya sui-qəsd hazırlayan "Körfəz klanı" narkokartelinin başçılarından birini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyi "X" sosial şəbəkə səhifəsində məlumat yayıb.
"Söhbət "Körfəz klanı"nın bölmələrindən birinin ləqəbi Omar və ya Nino olan, 25 illik cinayətkar təcrübəyə malik başçısından gedir", - deyə məlumatda bildirilir.
Məlumata əsasən, 2024-cü ildə Petronun Çoko departamentinə səfəri zamanı ona sui-qəsd təşkil etmək planlaşdırılıb.