Argentinanın ulduz hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay və Braziliya ilə keçiriləcək oyunlar üçün milli komandanın siyahısına daxil edilməyib.
Publika.az xəbər verir ki, bəzi KİV-in məlumatına görə, onun Argentina millisinin yekun siyahısına salınmamasına səbəb futbolçunun MLS-də “Atlanta Yunayted”lə matçda aldığı budun adduktor əzələsinin zədələnməsi olub.
Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində doqquz oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib.