RU

Modi Trampın sosial şəbəkəsinə qoşuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsinə qoşulub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu, amerikalı liderin Hindistan hökumət başçısının bloqer Leks Fridmanla müsahibəsinə keçid paylaşmasından bir neçə saat sonra baş verib.
"Truth Social"da olmaqdan məmnunam. Burada bütün tərəfdarlarla ünsiyyət qurmağı və gələcəkdə mənalı söhbətlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm", - Modi ilk paylaşımında yazıb və 2019-cu ildə Hyustonda keçirilən tədbirdə Trampla əl-ələ tutaraq iştirakçıları salamladıqları fotoşəkili əlavə edib.
Hindistanın baş naziri platformaya qoşulduqdan qısa müddət sonra Trampın və vitse-prezident Cey Di Vensin səhifəsinə abunə olub.
Избранный
46
50
oxu.az

10Источники