1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın paytaxtı Moskvada qadın əri ilə birlikdə 11-ci mərtəbədən yıxılaraq sağ qalıb.
Bu barədə Oxu.Az "Mash" Telegram kanalına istinadla xəbər verir.
İlkin məlumata görə, kişi narkotik təsiri altında olub. Şahidlər bildiriblər ki, kişi hündürlükdən yıxılıb, onun ardınca isə həyat yoldaşı yıxılıb.
Qeyd edilir ki, kişini xilas etmək mümkün olmayıb. Qadın sağ qalıb, onun vəziyyəti ilə bağlı ətraflı məlumat verilmir.