Aktyor Müşviq Şahverdiyev mərhum Xalq artisti İlhamə Quliyevanı parodiya etməsindən söz açıb.
OLAY yazır ki, bu haqda Müşviq qonaq olduğu “İzzət şou”da danışıb.
Şahverdiyev bildirib ki, parodiya etdikdən sonra İ.Quliyeva onu hədələyib:
”Bir dəfə Xalq artisti İlhamə Quliyeva məni gördü və soruşdu ki, “Məni sən parodiya etmisən?” Elə bildim deyəcək ki, nə gözəl eləmisən oğul. Nə gözəl aktyorsan sən. Həvəslə cavab verdim ki, bəli, mən etmişəm. Dedi ki, “Qələt eləmisən. Sən kimsən məni parodiya edirsən? Başına bir oyun açaram, verilişini də bağlatdıraram. Get o uzuna da (“Tək səbir” verilişinin aparıcısı Həsən) de ki, başınıza oyun açaram”. Mən də tez təşvişə düşən adamam. Oradan qaçaraq çıxdım və kanala girən kimi dedim ki, uşaqlar, İlhamə xanım bizdən şikayət edib, verilişimizi bağlayacaqlar”.