RU

Şəhər meri istefa verdi

59 nəfərin həyatını itirdiyi gecə klubunda baş verən yanğından sonra Şimali Makedoniyanın Koçani şəhərinin meri Lyubko Papazov istefa verib.

"Cebheinfo.az" xəbər verir ki, Koçani bələdiyyə sədri Papazov şəhərdəki gecə klubunda baş verən, 59 nəfərin həyatını itirdiyi, 155 nəfərin yaralandığı yanğınla bağlı sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, martın 16-da yerli vaxtla saat 03:00-da Şimali Makedoniyanın paytaxtı Skopyedən təxminən 100 kilometr aralıda yerləşən Koçanidə gecə klubunda pirotexniki maddə yanğına səbəb olub. Yanğın zamanı 59 nəfər həyatını itirib, 22-si ağır olmaqla 155 nəfər xəsarət alıb.  

Yaralılardan 9-u Türkiyə tərəfindən göndərilən təcili yardım təyyarələri ilə ötən gecə müalicə üçün İstanbul və Ankaraya aparılıb.

Избранный
67
cebheinfo.az

1Источники