Bakı, 18 mart, AZƏRTAC
Azərbaycanın üçqat Paralimpiya çempionu Raman Saley yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Su İdmanı Sarayında gənc idmançılarla birlikdə məşq edən titullu üzgüçü öz təcrübəsini bölüşüb, onların suallarını cavablandırıb.
Qeyd edək ki, Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bürünc, eyni məsafəyə arxası üstə üzmə proqramında isə gümüş medal qazanıb.