RU

Nihat Kahveci "Haber Global"da Joze Mourinyo barədə: "Bu yanaşma ilə heç vaxt çempion olmaz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin "Haber Global" televiziya kanalında "Fənərbağça" klubunun portuqaliyalı baş məşqçisi Jose Mourinyonun Türkiyə Superliqasındakı çempionluq şansı dəyərləndirilib.
Oxu.Az xəbər verir ki, verilişə qonaq qismində "Beşiktaş"ın sabiq futbolçusu Nihat Kahveci dəvət edilib.
Jose Mourinyonun işini dəyərlərindən Nihat Kahveci bildirib ki, portuqaliyalı mütəxəssisin gətirdiyi bəhanələr həqiqəti əks etdirmir.
"Mourinyo deyir ki, turnir cədvəlində böyük xal üstünlüyü əldə etmiş "Qalatasaray"dan fərqli olaraq, rəqiblər "Fənərbağça"ya qarşı daha motivasiyalı və əzmkar mübarizə aparırlar. Halbuki, "Kasımpaşa" doğma meydanda "Qalatasaray"a qarşı əzmkar mübarizə apardı və son dəqiqələrdə vurduğu qolla liderdən bir xal qopardı. Ümumiyyətlə, bu yanaşma ilə "Fənərbağça" heç vaxt çempionluq qazana bilməz", - deyə Nihat Kahveci bildirib.
Избранный
13
50
oxu.az

10Источники