RU

"Putinlə görüşü səbirsizliklə gözləyirəm"

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından əvvəl yekun sülh sazişinin bir çox elementləri üzrə razılığın əldə olunduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ Prezident Donald Tramp Ukraynada sülhün yaradılmasını müzakirə etmək üçün Putinlə telefon danışığından əvvəl Truth Social hesabında açıqlamalar verib.

Yekun sülh razılaşmasının bir çox elementləri üzrə razılığın əldə edildiyini qeyd edən Tramp, tərəflər arasında hələ də həll edilməsi lazım olan məsələlərin olduğuna diqqət çəkib.

"Mən Putinlə görüşü səbirsizliklə gözləyirəm", - Tramp bildirib.

Избранный
2
2
operativmm.az

4Источники