Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektiviənənəsinə və dəyərlərinə sadiq qalaraq, bu il də Novruz bayramıərəfəsində İlaxır Çərşənbə gününü Bilgəh qəsəbəsində yerləşən Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki SosialXidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial XidmətMüəssisəsinin sakinləri ilə bir yerdə qeyd edib.
UNEC rektoru professor Ədalət Muradov müəssisənin qocamansakinlərini bayram münasibətilə təbrik edərək, onlara sağlamlıq vəuzun ömür arzulayıb. O, yaşlı nəslə sevgi və qayğı göstərməyin hərbirimizin mənəvi borcu olduğunu bildirərək, UNEC-in hər zaman bukimi sosial məsuliyyət layihələrinə dəstək olmağa davam edəcəyinideyib.
Görüşdə müəssisənin ağbirçək sakini Zəminə Cəbrayılova müəllifiolduğu və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanındəstəyi ilə çap olunmuş “Çin olan yuxum” adlı şeirlər kitabınıƏdalət Muradova hədiyyə edib.
Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr ahıllarqarşısında şən musiqilər ifa ediblər, şeir parçalarısəsləndiriblər, eyni zamanda onlarla birlikdə rəqs edərək, ahılsakinlərə sevinc bəxş ediblər. Müəssisənin sakinləri söylədiklərişeirlərlə dinləyənlərin qəlbini duyğulandırıblar.
UNEC kollektivinin ağbirçək və ağsaqqallarla görüşü hər kəsə xoşvə unudulmaz anlar yaşadıb.