"Ayın qolu" layihəsinin qalibləri bəlli olub.
Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib.
Operativ Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında Patrik Andrade (“Qarabağ”), 1-ci Liqada Ramil Orucov (MOİK), 2-ci Liqada Eşqin Tağıyev (“Qusar”) qalib olub.
2-ci Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə, şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.