RU

"Onun kreslosunda oturmaqdan imtina edib"

"Samirə İncəsənət Universitetində Aşıq Əhlimanın yerinə gəlib. Amma onun kreslosunda oturmaqdan imtina edib".

Ölkə.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu "Qonaqcanlı" verilişində həmkarı Samirə Əliyeva ilə bağlı açıqlamasında deyib. O bildirib ki, Samirə hazırda universitetdə "Aşıq sənəti kafedrası"nda müdir vəzifəsində çalışır.

Samirə isə "Əhliman müəllimin otağında otururam. Amma onun stolunda, kreslosunda oturmuram. Onu olduğu kimi qoruyub saxladım. Özü gələndə orada oturur. Hərənin öz yeri var. Gələndə də deyirəm öz yerinizdə oturun" sözlərini əlavə edib.  

Избранный
12
3
olke.az

4Источники