Şokolad yumurtanın içində gizli oyuncaq ideyası əslində Avropada deyil, məhz Rusiyada yaranıb. XIX əsrdə yaşamış Aleksey Abrikosovun beyninə gələn bu maraqlı fikir dünya miqyasında məşhurlaşan kinder-sürprizin əsasını təşkil edib.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə marketoloq Elnur Salehov məlumat paylaşıb:
"Aleksey Abrikosovun atası Stepan Abrikosov əvvəllər sadə bir kəndli idi. Lakin zamanla azadlıq əldə edib Moskvada kiçik bir şirniyyat dükanı açmışdı. Nəvə Aleksey isə bununla kifayətlənmədi və işini böyütmək, daha çox insana öz şirniyyatlarını tanıtmaq istəyirdi. O, daim yeni şokolad və konfet növləri üzərində işləyir və fərqli ideyalar düşünürdü.
Bir gün ağlına şokolad yumurtanın içində kiçik bir sürpriz gizlətmək fikri gəldi. Bu sürpriz, adi şəkil, kağızdan oyuncaq və ya açıqca ola bilərdi. Uşaqlar bu ideyanı çox sevdi və hər dəfə şokolad yumurtasını açanda içindən nə çıxacağını maraqla gözlədilər.
Abrikosovlar bu ideyanı təkcə yumurtalarla məhdudlaşmadılar, həmçinin şirniyyatlarının hamısına tətbiq edərək konfet qutularına gözəl açıqçalar və kağız oyuncaqlar qoymağa başladılar. Qutuların dizaynı isə dövrün ən yaxşı rəssamları tərəfindən hazırlanırdı. Bu, sadəcə dadlı deyil, həm də əyləncəli bir hədiyyəyə çevrildi.
Daha sonra Abrikosovlar şokoladdan dovşan və Şaxta Baba fiqurları hazırlayan ilk insanlar oldular. Lakin XX əsrin əvvəllərində Rusiya inqilabları başladıqdan sonra, 1917-ci ildən sonra Abrikosov ailəsinin fabriki dövlət tərəfindən əlindən alındı və biznes hökumətin nəzarətinə keçdi. Fabrikin adı dəyişdirilərək "Babaevskiy" olaraq qaldı".
Beləliklə, balaca bir ailə biznesi zamanla bütün dünyanın tanıdığı bir markaya çevrildi. Kinder-sürprizin tarixi isə məhz bu qədim Rusiya markasına dayanır.