RU

Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib -Foto



Martın 18-də Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Klaudio Kaxado arasında onlayn görüş keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Müşfiq Məmmədli və Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti, iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıblar.



Избранный
36
7
aia.az

8Источники