RU

Avropa ölkələri öz suverenliyini itirib -

Rusiya Prezidenti Vladimir Putin G7-nin niyə böyük adlandırıldığını anlamadığını qeyd edib. Metbuat.az xəbər verir ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının konqresində çıxış edən Putin bildirib ki, BRİKS və Rusiyanın artım templəri G7 ölkələrindən daha irəlidədir. Onun sözlərinə görə, Avropa dövlətlərinin çoxu öz suverenliyini itirib.

Putin, "Biz görürük ki, əksər Avropa ölkələri öz suverenliyini itirib və nəticədə həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından ciddi problemlərlə üzləşiblər. Bu ölkələrin hamısının artım templəri sıfıra yaxındır, hətta tənəzzülə girirlər. Digər tərəfdən, BRİKS ölkələri son illərdə qlobal artımda lider olublar və iqtisadi dinamizm baxımından hədəfi yüksəldiblər" - deyə bildirib.

Избранный
7
metbuat.az

1Источники