Yaxın zamanda Braziliyada işçilərin əmək haqqları "Bitcoin" və digər kriptovalyutalarla ödənilə bilər.
Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Braziliya parlamentinə çıxarılıb.
Federal millət vəkili Luiz Filippe de Orleans Braqançanın təşəbbüsü ilə hazırlanan qanun layihəsinə görə, maaşların bir hissəsi 50 faizdən çox olmamaqla kriptovalyuta şəklində ödəniləcək.
Sənəddə müqavilə əsasları ilə çalışan frilans işçilərin isə maaşlarının tam həcmdə kriptovalyutalarla ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, oxşar təcrübə artıq Yaponiya, İsveçrə və Portuqaliya kimi ölkələrdə uğurlu şəkildə həyata keçirilib.