RU

Leyla Əliyeva şəhid övladları ilə Novruz şənliyində

Martın 18-də - İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyi keçirilib.

Publika.az xəbər verir ki, Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində şəhid övladları ilə birgə olub.

Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin, animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə və şou-proqramlara qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.

Избранный
9
39
publika.az

10Источники