Rusiyanın Leninqrad vilayətində “Mi-28” helikopteri qəzaya uğrayıb, ekipaj ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti ərazisi üzərindəki hava məkanında planlı təlim-məşq uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. Hava gəmisi yaşayış məntəqələrindən uzaq, əhalinin olmadığı əraziyə düşüb. Ekipaj həlak olub”, - məlumatda deyilir.
Qeyd edilib ki, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib.