"Barselona"nın sabiq çalışdırıcısı Xavi baş məşqçi kimi yeni təkliflərə hazır olduğunu açıqlayıb.
Demokratikmusavat.com xəbər verir ki, 45 yaşlı mütəxəssis Avropa ölkələrində cari mövsüm başa çatdıqdan sonra yenidən baş məşqçi kimi fəaliyyətə başlamaq istədiyini bildirib.
O, UEFA Çempionlar Liqasında mütəmadi olaraq çıxış edən komandanı çalışdırmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Xavi 2021-ci ildən 2024-cü ilə qədər "Barselona" kollektivinə rəhbərlik edib.