RU

Moskvadakı ABŞ səfirliyi önündə müharibə təbliğatı dayandırılır

Moskva şəhərindəki ABŞ səfirliyi yaxınlığında Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləyən instalyasiyaların sökülməsinə başlanıb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu instalyasiyalar 2023-cü il noyabrın sonunda quraşdırılıb.

İşçilər iki stendin - Rusiya bayrağının rənglərinə boyanmış "Biz birlikdəyik" yazısının və ZVO hərflərinin sökülməsinə başlayıblar.

Mənbə: oxu.az

Избранный
14
2
oxu.az

4Источники