Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün Lənkəran şəhəri ərazisində baş verib.
Belə ki, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova çoxsaylı bıçaq yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq o, ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb.
"Cebheinfo.az"