RU

Azərbaycanda AĞIR QƏZA: Ölən var


Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, "Belarus" markalı traktor yola çıxarkən magistralda hərəkətdə olan "Vaz-2106" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin Gülmirə Aslanova  hadisə yerində ölüb. 

Nəqliyyat vasitəsində olan24 digər sərnişinlər Şabran rayon sakinləri Nərminə Cəfərova, Nuray  Əliyeva, Mərt Aslanov və Zeynəb Aslanova xəsarət alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Избранный
15
4
news24.az

5Источники