Premyer Liqada 27-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bununla da liqada fasilə yaranıb.
Buna səbəb Azərbaycan milli komandasının mart ayında keçirəcəyi 2 yoxlama oyunudur.
Milli komandamız martın 22-də Sumqayıtda Haiti, martın 25-də isə Masazırda Belarus komandaları ilə qarşılaşacaq. Bu məqsədlə Fernandu Santuşun rəhbərliyi ilə martın 18-də milli hazırlıq prosesinə başlayacaq.
Premyer Liqa isə martın 28-də 28-ci turun “Turan Tovuz” - “Qarabağ” matçı ilə bərpa olunacaq.