OBA marketlər şəbəkəsi
İdxal üzrə Mütəxəssis(Satınalma)
Son tarix 18 apr 2025 – [email protected]
Vəzifə öhdəlikləri:
- Xarici şirkətlərlə danışıqlar aparamaq və müqavilələr bağlamaq
- Sifarişləri hazırlayıb, tədarükçülərə göndərmək
- Anbararası transferi nəzarətdə saxlamaq
- Stocklara nəzarəti icra etmək
- Qiymət dəyişikliklərini icra etmək və nəzarətdə saxlamaq
- Sifariş planını və stockout raportunu hazırlamaq
- Ödəniş planını hazırlamaq və ödənişlərin icrasını təqib etmək
Namizədə dair tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (yaxşı – mütləq ), İngilis dili (orta səviyyədə)
- Kompüter bilikləri: MS Office (Excel –yaxşı səviyyədə)
- Tədarük proqramları və analitik alətlərlə işləmək bacarığı
- Maliyyə və müqavilə danışıqlarının aparılması üzrə təcrübə
Əlavə təminatlar:
- Nahar
- Servis xidməti
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İdxal üzrə Mütəxəssis ” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mal Qəbulu üzrə Keyfiyyətə Nəzarət Mütəxəssisi
Son tarix 18 apr 2025 – [email protected]
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan məhsulların keyfiyyət və orqanoleptik göstəricilərini yoxlamaq;
- Məhsulların saxlanma və daşınma şəraitinin standartlara uyğunluğunu yoxlamaq;
- Anbar sahəsində təsdiq olunmuş plana uyğun yoxlamaları təşkil etmək;
- Keyfiyyət yoxlama nəticələrinə əsasən mütəmadi hesabatlar hazırlamaq;
- Keyfiyyət nəzarəti üzrə mövcud standartların və qaydaların tətbiqinə nəzarət etmək;
- Keyfiyyət nəzarəti üzrə sənədləri (təlimatlar, prosedurlar və hesabatlar) hazırlamaq və yeniləmək;
- Yoxlamaların nəticələrinə əsasən müvafiq hesabatları hazırlamaq.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Məhsulların saxlanma və daşınma şərtləri üzrə ətraflı biliklər;
- Anbar və logistika şəraitində tətbiq edilən keyfiyyət standartlarını bilmək;
- Kompüter bacarıqları: MS Office proqramları, xüsusilə Excel-dən orta səviyyədə istifadə;
- Keyfiyyət yoxlaması, standartlara uyğunluq və sertifikasiya haqqında məlumatlılıq;
- Dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;
Əlavə təminatlar:
- Nahar
- Servis xidməti
- Korporativ nömrə
İş qrafiki:
- 6 günlük iş qrafiki
- İş saatları 08:00 – 17:00; 11:00 -20:00
- Bazar istirahət günü
- İş yeri: Məmmədli Qəsəbəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mal Qəbulu üzrə Keyfiyyətə Nəzarət Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.