RU

Zelenski Trampın Putinlə telefon danışığına münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.

APA xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər", - deyə Zelenski bildirib.

Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb.

Избранный
9
10
azpolitika.info

10Источники