İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu ilə birlikdə onun mətbuat müşaviri Murat Onqun da nəzarətə götürülüb.
Eyni zamanda, merin yaşadığı ünvanda axtarış aparıldığı bildirilir.