RU

“İstənilən komandaya qarşı döyüşəcəyik!”

“Sumqayıt” basketbol klubu çempionatın XIX turunda “Quba”nı məğlub edib – 112:103.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vadim Kuramşın qələbəni şərh edib:

“Uşaqları qələbə münasibətilə təbrik edirəm. Hərçənd hər şey biz istəyən kimi getmədi. Doğrudur, oyuna yaxşı başladıq. Xal fərqini 15-ə qədər qaldırmışdıq. Sadəcə sonra yenə də kombinasiyalı oyuna üstünlük vermədik. Bu da “Quba”nın bizə çatması ilə nəticələndi. Matçın sonlarında yenə də fərqi artırdıq. Məhsuldar oynayan Louder, Yanq, Golsona, xüsusilə də tripl-dabl edən Lourensə xüsusi təşəkkür edirəm. Biz artıq B qrupunda 4-cü pilləni təmin etdik. İndi görək pley-in mərhələsində hansı komanda ilə qarşılaşacağıq. Belə baxanda rəqibin adı bizim üçün önəmli deyil. İstənilən komandaya qarşı döyüşəcəyik!”

Избранный
12
futbolpress.az

1Источники