RU

Azərbaycan Basketbol Liqasında XIX tura bu gün yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında XIX tura bu gün yekun vurulacaq. SİA məlumatına görə, son olaraq üç oyun keçiriləcək.

B qrupunda 32 xalla müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşan komandalardan "Gəncə" "Şəki"nin qonağı olacaq. Qarşılaşma saat 14:00-da başlayacaq.

A qrupunda saat 16:00-da NTD - "Sabah", 19:00-da isə "Sərhədçi" - "Neftçi" görüşləri təşkil ediləcək. "Sabah" 32 xalla liderdir. "Neftçi" 27 xalla üçüncü, "Sərhədçi" və NTD 24 xalla müvafiq olaraq 5-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58 hesabı ilə məğlub edib.

Избранный
2
3
sia.az

4Источники