Vladimir Putinin Donald Trampla söhbəti zamanı sülh arzusu ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiya Ukraynanın mülki infrastrukturuna hücumları davam etdirir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Dövlət başçısı rəsmi Telegram kanalında qeyd edib ki, martın 19-na keçən gecə Ukrayna səmasında 40-a yaxın “Şahid” müşahidə olunub, hava hücumundan müdafiə sistemi işləyir. “Şahid” birbaşa Sumıdakı xəstəxanaya, Donetsk vilayətindəki şəhərlərə zərbələr endirib. PUA-lar hazırda Kiyev, Jitomir, Sumi, Çerniqov, Poltava, Xarkov, Kirovohrad, Dnepropetrovsk və Çerkassı vilayətlərinin səmalarındadır.
Məhz Rusiyanın bu gecə hücumları bizim enerjimizi, infrastrukturumuzu və ukraynalıların normal həyatını məhv edir. Bu gecənin də istisna olmaması onu göstərir ki, biz sülh naminə Rusiyaya təzyiqləri davam etdirməliyik. Putin tam atəşkəs təklifini faktiki olaraq rədd etdi”.
Xatırladaq ki, çərşənbə axşamı, martın 18-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Əsas mövzu Ukrayna müharibəsi olub. Trampla danışıqlardan sonra Putinin mətbuat xidməti bəyan edib ki, Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən çəkinməyi təklif edib.
“Vladimir Putin bu təşəbbüsə müsbət cavab verdi və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verdi”, - Kremlin bəyanatında deyilir.
Ancaq buna baxmayaraq Rusiyanın Ukraynaya hücumları səngimir.
Donald Tramp və Vladimir Putin arasında telefon danışığından dərhal sonra hava hücumu həyəcanı zamanı Kiyevdə partlayış səsləri eşidilib və Ukrayna paytaxtının hava hücumundan müdafiə qüvvələri Rusiyanın pilotsuz təyyarələrinə atəş açıb.
Bizim.Media