RU

Ekrem İmamoğlu saxlanıldı


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu saxlanılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hazırda E.İmamoğlunun evində axtarış aparılır.

Bundan başqa, aralarında İmamoğlunun mətbuat katibi Murat Ongunun da olduğu 100 nəfər də saxlanılıb.

Qeyd edək ki, ötən gün İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı Ekrem İmamoğlunun diplomunun ləğv edildiyini bildirib.


Избранный
19
3
news24.az

10Источники