RU

“Wizz Air Abu Dhabi” Əbu-Dabi - Qəbələ yeni marşrutunu açır

BƏƏ-nin milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, aviaşirkət iyunun 19-dan etibarən Azərbaycanın füsünkar bölgəsi Qəbələ ilə dinamik inkişaf edən Əbu-Dabi arasında uçuşları həyata keçirəcək.

Reyslər həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviabiletlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.

Yeni marşrutun açılması münasibətilə “Wizz Air Abu Dhabi” xüsusi aksiya elan edir: “WIZZ Discount Club” proqramının üzvlərinə və satışın ilk üç günü bütün sərnişinlərə 20% endirim tətbiq olunur.

“Qəbələyə yeni beynəlxalq reysin açılması ölkəmizə daha çox xarici turistin gəlməsinə şərait yaradacaq, regionun biznes potensialını artıracaq və 2 ölkə arasında mədəni, iqtisadi əlaqələri daha da gücləndirəcək. Qəbələ təbii gözəllikləri, zəngin mədəni irsi və müasir turizm infrastrukturu ilə nadir ahəng yaradır və artıq biz BƏƏ-dən, eləcə də dünyanın hər yerindən olan qonaqlar üçün daha əlçatan olduq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib. 

“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Yohan Eidhagen əlavə edib: “Biz uçuş şəbəkəmizi Əbu-Dabi və Qəbələ arasında yeni marşrutla genişləndirdiyimiz üçün çox şadıq. Yaxın Şərqi kəşf etmək istəyən səyahətçilər üçün bu maraqlı istiqamətlərə sərfəli qiymətlərlə uçuşlar təklif edirik. Wizz Air sərfəli və fərdiləşdirilə bilən seçimləri ilə insanlara büdcələrini aşmadan həyatı sərgüzəştlərlə zənginləşdirməyə imkan verən ağıllı səyahət üsuludur. Şirkətimiz sürətlə genişlənir və BƏƏ paytaxtından həyata keçirilən səyahətləri daha əlçatan edir. Sizi növbəti uçuşlarımızda qarşılamağı səbirsizliklə gözləyirik.”

Qəbələyə niyə səyahət etməlisiniz?

Qəbələ qədim tarixi və müasir infrastrukturu özündə birləşdirən, ətrafı gözəl dağ mənzərələri ilə əhatələnən unikal bir məkandır. Bölgənin əsas görməli yerləri:

• Tufandağ Qış-Yay Turizm Kompleksi: Müxtəlif səviyyələrdə xizək yolları, qorunan təbiət zonaları və şəlalələri ilə məşhur fəal istirahət məkanı.

• Qəbələ Əyləncə Mərkəzi: Burada “Gabala Shooting Club” və Azərbaycanın ən böyük ailəvi əyləncə mərkəzi olan “Gabaland” yerləşir.

• Qədim tarixi abidələr və muzeylər: Qafqaz regionunun zəngin mədəni irsini əks etdirir.

• Təmiz təbiət: Milli parklar və mənzərəli göllər bölgəni ekoturizm üçün ideal edir.

• Qastronomiya: Məşhur Qəbələ paxlavası və dolma daxil olmaqla ənənəvi Azərbaycan mətbəxinin ləziz təamlarını dadmaq imkanı.

Əbu-Dabi: istirahət və işgüzar səfərlər üçün ideal istiqamət

BƏƏ-nin paytaxtı Abu-Dabi zəngin mədəni irs və müasir nailiyyətlərin unikal vəhdətidir ki, bu da onu həm turistlər, həm də iş adamları üçün cəlbedici edir.

• Şeyx Zayed məscidi və Luvr Abu-Dabi – Memarlıq şah əsərləri və mədəniyyət mərkəzləri.

• Ferrari World Abu Dhabi və Warner Bros. World tematik parkları – Bütün ailə üçün maraqlı attraksionlar təklif edir.

• Korniş çimərliyi və Saadiyat çimərliyi – Təmiz qumlu sahilləri və kristal təmiz suları ilə tanınır.

• Biznes imkanları – Regionun ən böyük işgüzar və maliyyə mərkəzi olaraq sərmayələr və startaplar üçün əlverişli şərait təklif edir.

Qəbələ Beynəlxalq Hava Limanı haqqında

Müasir aeroport Azərbaycanın turizm mərkəzlərindən birində yerləşir və tam beynəlxalq standartlara cavab verir. Hava limanı saatda 200 sərnişinə xidmət göstərmək və bütün növ hava gəmilərini qəbul etmək qabiliyyətindədir. 

“Wizz Air Abu Dhabi” haqqında

“Wizz Air Abu Dhabi” – “ADQ” və “Wizz Air Holdings” Plc şirkətlərinin birgə müəssisəsi olub, Avropa, Afrika, Yaxın Şərq və Asiyanın 20-dən çox şəhərinə uçuşlar həyata keçirən “ultra-lowcost” aviadaşıyıcıdır. Aviaşirkət BƏƏ-nin paytaxtından əlçatan istiqamət şəbəkəsini aktiv şəkildə genişləndirərək dünyanın ən təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı aviadaşıyıcıları sırasındadır.

Избранный
15
5
qafqazinfo.az

10Источники