RU

Ağdamda polisin keçirdiyi əməliyyat zamanı silahlı şəxs saxlanılıb

Bu gün Ağdamda polisin keçirdiyi əməliyyat zamanı silahlı şəxs saxlanılıb.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Avtomobilə baxış zamanı "AK" markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
25
24
operativmedia.az

10Источники