Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib. Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, bu gün Sahibə Qafarovanın 70 illik yubileyidir.