RU

Tonqala görə xəstəxanalıq olanların sayı AÇIQLANDI 

  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.03.2025-ci il tarixində saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb",- deyə məlumatda qeyd edilib.


Избранный
8
47
referans.az

10Источники