RU

Vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? — DİN-dən açıqlama

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə barədə daxil olmuş müraciət əsasında hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Müvafiq ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.

***
02:00

Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

Demokrat.azYenisabah.az-a istinadən xəbər verir ki, bu iddia ilə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edib.

Tarix müəllimi direktorla bağlı sensasion iddialar səsləndirib.

Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci "cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə" çevirib.

Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Избранный
25
10
demokrat.az

10Источники