RU

Kamaləddin Qafarov: “Azərbaycan praqmatik xarici siyasət prinsiplərinə sadiqdir”

“ Bakıda XII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, keçirilən panel iclasları üçün seçilmiş mövzular bu mötəbər tədbirin qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platforma olduğunu bir daha nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin martın 13-də Forumun gedişi zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsindən isə, dünya ictimaiyyəti ölkəmizin bir sıra qlobal məsələlərlə bağlı mövqeyini bir daha öyrənmiş oldu.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Azərbaycanın, ilk növbədə, məhz Cənubi Qafqazda baş verən dəyişikliklərdə rolu və bu proseslərə münasibəti beynəlxalq ictimaiyyəti daha çox maraqlandıran məsələlərdəndir. “Ölkəmiz artıq uzun illərdir ki, bu regionun şəriksiz lider dövləti kimi çıxış edir və yeni regional reallıqlar formalaşdırır. Liderlik həm də məsuliyyət deməkdir. Azərbaycan da Cənubi Qafqazda sülh və sabitliyə görə məsuliyyət daşıdığını yaxşı bilir və bunların təmin olunması üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyev öz müsahibəsində belə bir ifadə işlətdi ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Bu, bir daha Azərbaycanın öz praqmatik xarici siyasətində bütün region xalqlarının maraqlarını nəzərə almağa çalışdığını nümayiş etdirir. Dövlətimizin başçısı regionun gələcəyinə dair gözləntilərini açıq mətnlə bəyan edərək bildirdi ki, biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.”

Избранный
8
14
demokrat.az

10Источники