RU

Millimiz Avro-2025-in II seçmə mərhələsində mübarizəyə başlayır

Millimiz Albaniya ilə üz-üzə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, yığmamız AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayacaq.

B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya ilə üz-üzə gələcək. Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Bu qrupda millimiz və meydan sahiblərinin digər rəqibi Uels yığmasıdır.

AVRO-2025-in II seçmə mərhələsi

B Liqası, 6-cı qrup

I tur, 19 mart

Saat 18:00, Azərbaycan - Albaniya

Mənbə: oxu.az

Избранный
9
1
oxu.az

10Источники