RU

Ötən gün tonqalda 6 nəfər xəsarət alıb

Ötən gün Torpaq çərşənbəsində 6 nəfər tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.

Bu barədə TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, ötən gün saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda  xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb.

​​​​​​"Cebheinfo.az"

Избранный
16
26
cebheinfo.az

10Источники