RU

"Aztelekom"un filial müdiri "Azərrabitəlayihə"yə direktor təyin olunub

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "Aztelekom" MMC-ə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.

"APA-Economics" xəbər verir ki, onun yerinə bu vəzifəyə Nazim Əliyev təyin olunub.

Qeyd edək ki, N.Əliyev bundan öncə "Aztelekom"un Şimal-Şərq Regional Filialının müdiri olub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,4 min manatdır.

Избранный
4
2
apa.az

3Источники