RU

Xətaidə 2 nəfərdən 28 kilo narkotik götürüldü - Video

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xətai RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlərlə paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev saxlanılıb. Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Xətai rayonunda narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 28 kiloqram müxtəlif xassəli narkotik vasitə 553 ədəd preqabalin, 147 ədəd metadon, 107 ədəd tramadol həbi, 1 ədəd “Makarov” tapançası və 8 ədəd patron çıxarılıb.


Избранный
1
15
qafqazinfo.az

10Источники