Son günlər “Real Madrid”dən ayrılacağı deyilən 20 yaşlı yarımmüdafiəçi Arda Gülərin türk lirəsi ekvivalentində əks olunan maaşı fantastik rəqəmlərə çatıb.
News24.az yenisabah.az-a istinadla xəbər verir ki, dolların lirə qarşısındakı kəskin bahalaşması bəzi maraqlı rəqəmləri üzə çıxarıb. “Kral klubunda” aylıq 108,982 min dollar qazanan Arda Gülərin türk lirəsi ilə maaşı 4 milyon 468 min 262 türk lirəsi təşkil edir. Bu, onun illik maaşının 28 milyon lirə artması deməkdir.
Qeyd edək ki, Arda Gülərin aktiv bonservis qiyməti 45 milyon avro təşkil edir.