Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başlayıb.
Bakıvaxtı.az xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyündən qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib.
Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. Martın 29-30-u isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni bugündən martın 31-dək Azərbaycanda iş günü olmayacaq.
Bayramdan sonra ilk iş günü aprelin 1-də olacaq.
Bakıvaxtı.az